Modern.az

Naxçıvanda gömrük rüsumları ilə bağlı dəyişiklik – VİDEO

Naxçıvanda gömrük rüsumları ilə bağlı dəyişiklik – VİDEO

Aktual

8 Dekabr 2022, 22:20

“Son 1 ay Azərbaycanda baş verən institutisional dəyişikliklər, yəni Naxçıvan Muxtar Respulikasının Gömük Komitəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin ləğv edilərək əvəzində baş idarələrin yaradılması gələn ilin dövlət büdcəsində əhəmiyyətli dəyişikliyə səbəb olacaq”.

 

Modern.az xəbər verir ki, bu fikirləri “Xəzər Xəbər”ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

O deyib ki, bundan sonra Naxçıvanda gömrük rüsumları Muxtar Respublikaya deyil, birbaşa mərkəzi büdcəyə yönəldiləcək. T.Mirkişili əlavə edib ki, dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon manata yaxın olacaq. Xərclər isə  33 milyard 353 milyon mananat olacaq.

 

Azərbaycanda inflyasiyanın qarşısını almaq üçün hökümət tərəfindən müəyən tədbirlərin görüldüyünə diqqət çəkən Tahir Mirkişili qeyd edib ki, buna baxmayaraq, bu ilin sonuna orta illik inflyasiya  təxminən 14 faizə yaxın olacaq.

 

Komitə sədri vurğulayıb ki, yaşayış minimumu 2023-cü ildə bu ilə nisbətən 36 manat artırılacaq.

 

Qeyd edilib ki, hazırda bu rəqəm 210 mantdır. Gələn ildən isə yaşayış minimumu 246, əmək qabiliyyətli əhali üçün 261, pensiyaçılar üçün 199, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?