Modern.az

ABŞ terrorçuları Türkiyəyə qarşı silahlandırır

ABŞ terrorçuları Türkiyəyə qarşı silahlandırır

Aktual

8 Dekabr 2022, 23:15

ABŞ Suriyanın şimalında PKK terrorçularına dəstəyini davam etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzei təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Amerika tərəfi Türkiyə Silahlı Qüvvələrinin quru əməliyyatı keçirmək niyyətində olduğu ərazilərdə terrorçuları silahlandırır.


“Hələlik Suriyanın şimalında PKK terror təşkilatının düşərgələrinə qarşı əməliyyata hazırlıq gedir. Terrorçuları yetişdirən ABŞ PKK/YPG ilə “patrul əməliyyatları”nı bərpa etdiyini açıqlayaraq daha bir addım atıb. Amerika tərəfinin terror təşkilatına “Biz sizinləyik!” mesajı göndərib” - məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?