Modern.az

Dünyanın ən hündür binası tikilir - 5 milyardlıq layihə

Dünyanın ən hündür binası tikilir - 5 milyardlıq layihə

Aktual

8 Dekabr 2022, 23:33

Səudiyyə Ərəbistanının paytaxt Ər-Riyadda dünyanın ən hündür binasını tikəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, göydələnin hündürlüyü iki min metr olacaq. 

 

Bu, hazırda dünyada göstəricisinə görə rekord sayılan Dubayın “Bürc Xəlifə” binasından iki dəfədən artıqdır. Məlumat üçün bildirək ki, “Bürc Xəlifə”nin hündürlüyü 828 metrdir.

 

Göydələn Ər-Riyadın ətrafında salınan və Səudiyyə İctimai İnvestisiya Fondu tərəfindən maliyyələşdirilən 18 kilometrlik yeni biznes mərkəzində tikiləcək. Həmin ərazi Kral Xalid Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir.

 

Dünyanın ən hündür binasının tikintisi rekord məbləğə - təqribən 5 milyard dollara başa gələcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?