Modern.az

Rusiya İrandan yeni PUA-lar alıb - Britaniya kəşfiyyatı

Rusiya İrandan yeni PUA-lar alıb - Britaniya kəşfiyyatı

Aktual

9 Dekabr 2022, 12:32

Rusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) yeni partiyasını alıb.

Modern.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Tvitter-də kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
 

İddia olunur ki, Rusiya bir neçə yüz “Shahed-131” və “Shahed-136” pilotsuz uçan aparatlarından ibarət əvvəlki ehtiyatını tükəndirib və çlox güman ki, indi əlavə PUA-lar alıb.
 

Kəşfiyyat qeyd edir ki, 2022-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 pilotsuz uçan aparatın, o cümlədən 14 “Sahed-136”nın vurulması barədə məlumat verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?