Futbol üzrə Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.
Modern.az xəbər verir ki, Xorvatiya yığması turnirin dörddəbir finalında Braziliya ilə qarşılaşıb.
“Education City” stadionunda oynanılan matçda hesab açılmayıb. Qarşılaşmada qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər -1:1.
Matçın 106-cı dəqiqəsində braziliyalı futbolçu Neynar, 117-ci dəqiqədə rəqib komandadan İvan Petkoviç fərqləniblər. Qalib müəyyənləşmədiyindən penalti seriyası təyin edilib.
Beləliklə, zərbələri dəqiq yerinə yetirən Xorvatiya millisi mərhələ adlayıb.
***
Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.
Modern.az xəbər verir ki, matçın 117-ci dəqiqəsində Xorvatiya millisinin üzvü Bruno Petkoviç hesabı bərabərləşdirib.
***
Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, 105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib.
***
19:05
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya və Braziliya yığmaları arasında oyun başlayıb.
Modern.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
***
17:40
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Xorvatiya və Braziliya yığmalarının start heyətləri məlum olub.
Modern.az-ın xəbərinə görə, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
Xorvatiya: Livakoviç, Yuranoviç, Lovren, Qvardiol, Sosa, Brozoviç, Kovaçiç, Modriç, Pasaliç, Perisiç, Kramariç
Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.