Modern.az

Səudiyyə kralı və Çin liderindən İrana XƏBƏRDARLIQ

Səudiyyə kralı və Çin liderindən İrana XƏBƏRDARLIQ

Aktual

9 Dekabr 2022, 18:33

Ər-Riyadda rəsmi səfərdə olan Çin lideri Si Cinpin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz İranı dövlətlərin daxili işlərinə qarışmamağa çağırıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Saudi Press agentliyi məlumat yayıb.

 

Bildirilib ki, iki ölkənin liderləri İranın nüvə proqramının dinc xarakter daşımasını təmin etmək üçün əməkdaşlığın gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

 

Bundan əlavə, Ər-Riyad və Pekin Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa, “nüvə silahlarının yayılmaması rejimini qorumağa və mehriban qonşuluq və dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinə hörmətlə yanaşmağa” çağırıblar.

 

Bəyanatda o da qeyd olunub ki, tərəflər İranın dəstəklədiyi hutsilərin sülhə gətirilməsini təmin etmək məqsədilə BMT-nin Yəmən üzrə xüsusi elçisinin fəaliyyətini və Yəmən Prezident Şurasının səylərini müdafiə etdiklərini bəyan ediblər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?