Modern.az

Putinin “Saqqal” ləqəbli pilotu öldürüldü

Putinin “Saqqal” ləqəbli pilotu öldürüldü

Aktual

10 Dekabr 2022, 15:48

Ukraynada Rusiya qoşunlarının ən elit ekipajlarından birinin pilotu məhv edilib.
 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ka-52 (“Alliqator”) təyyarəsini idarə edən “Saqqal” ləqəbli mayor Aleksey Borovikovun ölümü  rəsmən təsdiqlənib.
 

Ukrayna Silahlı Qüvvələrinin zabiti və bloger Anatoli Stefanın sözlərinə görə, Borovikov təkcə Ukraynada deyil, Suriyada da dinc sakinləri qətlə yetirməklə ad çıxarıb.
 

Məhv edilən hərbçi prezident Vladimir Putindən üç dəfə "Cəsarətə görə" ordeni almışdı.


Stefan əlavə edib ki, o, həmin təyyarədə Borovikovla birgə məhv edilmiş “Sifon” ləqəbli digər pilotun zərərsizləşdirilyinin təsdiqini gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?