Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar hesab edir ki, Türkiyə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün çox şey təklif edə bilər.
Modern.az xəbər verir ki, Klaar bu barədə İstanbulda keçirilən TRT Dünya Forumunun yekunlarına dair Tvitter-dəki mikrobloqunda yazıb.
“İnanın mənə, Türkiyənin Ermənistan və Azərbaycan arasında hərtərəfli nizamlanmaya dəstək vermək üçün təklif edəcəyi çox şey var”.
O, həmçinin bildirib ki, forum çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu ilə danışıb.
Xatırladaq ki, Aİ-nin xüsusi nümayəndəsi İrəvandan Türkiyəyə gedib.