Modern.az

Güləşçimiz Dünya Kubokunda medal qazandı

Güləşçimiz Dünya Kubokunda medal qazandı

Aktual

12 Dekabr 2022, 10:42

Azərbaycan millisinin sərbəst güləşçisi Osman Nurmaqomedov ABŞ-ın Ayova ştatının Koralvill şəhərində keçirilən Dünya Kubokunun bürünc medalını qazanıb.

 

Modern.az-ın məlumatına görə, dünya yığmasının heyətində yer alan 24 yaşlı idmançı B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlsə də (10:0), iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyiyə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub olub.

 

Yaponiyaya (9:1) qalib gələn dünya yığması ardından İrana (4:6) məğlub olub və B qrupunda 2-ci yeri tutub. Bürünc medal uğrunda rəqib Gürcüstan olub. 8:2 hesablı qələbədə Nurmaqomedovun da payı olub. O, Miriani Maysuradzeni 3:0 hesabıyla üstələyib. Bununla yığma üzvü Dünya Kubokunda bürünc medal qazanıb.

 

Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.

 

Qeyd edək ki, sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna Dünya Kubokuna sahib

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?