Modern.az

Makronun xanımı Ukraynanın birinci ledisini qəbul edəcək

Makronun xanımı Ukraynanın birinci ledisini qəbul edəcək

Aktual

12 Dekabr 2022, 13:12

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Ukrayna lideri Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanı bazar ertəsi Yelisey sarayında qəbul edəcək.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, fevral ayında Ukraynada münaqişə başlayandan bəri Yelena Zelenskayanın Fransaya ilk səfəridir.


Sabah birinci xanımlar Parisdə qaçqın uşaqların təhsil aldığı məktəbə baş çəkəcəklər.
 

Həmin gün Parisdə Ukraynaya dəstək məqsədilə beynəlxalq konfrans açılacaq.

Tədbir zamanı Vladimir Zelenski onlayn formatda çıxış edəcək. Həmçinin, çərşənbə axşamı Fransanın paytaxtında Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək və burada fransız şirkətləri iştirak edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?