Modern.az

Nazir Brüsseldə keçirilən iclasda çıxış etdi - FOTO

Nazir Brüsseldə keçirilən iclasda çıxış etdi - FOTO

Aktual

12 Dekabr 2022, 14:52

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclasında çıxış edir.

 

Modern.az-ın məlumatına görə, bu barədə nazirliyin rəsmi "Twitter" hesabında paylaşım edilib.

 

Qeyd edək ki, Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell sədrlik edir.

 

İştirakçılar “Şərq tərəfdaşlığı”nın regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə bundan sonra necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır