Modern.az

GDU-nun kollektivi Ümummilli Liderin xatirəsini yad ediblər

GDU-nun kollektivi Ümummilli Liderin xatirəsini yad ediblər

Aktual

12 Dekabr 2022, 14:24

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük işlər görmüş,  dünya miqyaslı siyasətçi Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

 

Ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycanın dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ümümilli Lider Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub.

 

Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır.

 

Ölkəmizin hər yerində olduğu kimi dekabrın 12-də Gəncə şəhərində də Ulu Öndər Heydər Əliyevin anım günü böyük  ehtiramla qeyd edilmişdir. 

 

Anım günü ilə əlaqədar Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və universitetin rəhbər heyəti ilk öncə universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə, daha sonra  şəhərin baş meydanında ucaldılmış abidə önünə gül dəstələri qoymuş, xatirəsini dərin ehtiramla yad etmişlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?