"Azəristiliktəchizat"ın əvvəlki illərdən qalan borclarına baxılır.
Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bildirib.
R.Əliyev qeyd edib ki, bu il üçün "Azəristiliktəchizat"ın quruma borcu yoxdur:
"Əvvəlki illərin borclarına isə baxılır. Amma dəqiq rəqəm deyə bilməyəcəm, hesablamalar aparılır, müzakirə olunur, dəqiq məlumat yoxdur".
R.Əliyev onu da qeyd edib ki, hazırda ölkə ərazisində qaz təchizatı ilə bağlı heç bir problem yoxdur, vətəndaşlar fasiləsiz qazla təmin olunur.