Azərbaycanlı ictimai fəalların bu gün səhər saat 10:00-dan Xankəndi-Gorus yolunun Şuşadan keçən hissəsində başladığı etiraz aksiyası davam edir.
Modern.az xəbər verir ki, etirazçılar Rusiya hərbi kontingentinin komandanı, general Volkovla görüş tələb etsələr də, o, hələ ki hadisə yerinə gəlməyib.
Aksiya iştirakçıları arasında olan jurnalist Niyaz Niftiyev Modern.az-a bildirib ki, 5 saatdır Xankəndi-Gorus yolunda hərəkət dayanıb.
“Yoldan hər hansı erməni avtomobilinin keçidinə icazə vermirik. Hazırda yolda qurduğumuz çadırlara işıq çəkilir. Burada Azərbaycan bayraqları da asılıb. Yəqin bu gecə burdayıq”.