Modern.az

Ağsaqqallar Heydər Əliyevin məzarını ziyarət ediblər

Ağsaqqallar Heydər Əliyevin məzarını ziyarət ediblər

Aktual

12 Dekabr 2022, 20:13

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, millət vəkili, professor Aqiyə Naxçıvanlı, professor İbrahim Quliyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən rayon təşkilatlarının sədrləri Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar dekabrın 12-də Fəxri Xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, müstəsna xidmətlərindən bəhs edib. O vurğulayıb ki, milli sərvətimiz olan Heydər Əliyev irsi, onun çoxşaxəli fəaliyyəti və zəngin dövlətçilik təcrübəsi, habeləmilli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsindəki roluŞura tərəfindən cəmiyyətimiz, xüsusilə gənc nəsil arasında geniş təbliğ olunur.

 

Eldar Quliyev, həmçinin, bildirib ki, Ümummilli Liderin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Heydər Əliyev İli” elan etdiyi 2023-cü ildə təşkilat hazırladığı Tədbirlər planı üzrəbu sahədə öz fəaliyyətini daha da artıracaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?