Azərbaycanın qeyri-hökumət təşkilatlarını (QHT) təmsil edən bir qrup şəxs və ictimai fəalların Laçın-Şuşa yolunda etiraz aksiyası davam edir.
Modern.az xəbər verir ki, aksiya iştirakçıları axşam saatlarında "Sarı gəlin" mahnısını ifa ediblər.
Fəallar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər.
Məlumat üçün bildirək ki, aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır.
Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər. Lakin hələ də Volkov aksiya keçirilən yerə gəlməyib. Etirazçılar gecəni çadırlarda keçirərək, aksiyaya davam edəcəklərini bildirirlər.