Modern.az

Azərbaycan bu tarixədək internetlə tam təmin ediləcək

Azərbaycan bu tarixədək internetlə tam təmin ediləcək

Aktual

13 Dekabr 2022, 10:18

"İnnovasiyaların inkişafı üçün genişzolaqlı internet xidmətləri olmalıdır. Biz 500 mindən çox abonenti yüksəksürətli internetlə təmin etmişik".

 

Modern.az xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən II İllik İnnovasiyalar Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

 

Nazir bildirib ki, bu göstərici 5 il əvvəllə müqayisədə 5 dəfə çoxdur.

 

Rəşad Nəbiyev, həmçinin əlavə edib ki, 2024-cü ilin sonuna qədər Azərbaycanın tamamilə genişzolaqlı internetlə təmin edilməsi qarşıya məqsəd qoyulub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?