Modern.az

Məscidlərdəki 7 vakansiya üçün 69 qadın namizəd var

Məscidlərdəki 7 vakansiya üçün 69 qadın namizəd var

Aktual

13 Dekabr 2022, 11:52

Azərbaycanda fəaliyyət göstərən məscidlərdə ilk dəfə olaraq qadın dini ayin icraçısı vəzifəsinə elan edilən 7 vakant yer üçün 69 namizəd müraciət edib. İslam dini ilə bağlı ibadət evlərində qadin dini ayin icrası vəzifəsi üzrə vakant yerlərin hamısı Bakı şəhəri üzrədir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyib.

 

Komitə rəsmisi qeyd edib ki, həmin yerlərə sənəd qəbulu artıq yekunlaşıb:

 

"Yaxın zamanlarda müsahibə mərhələsi keçiriləcək. Müsahibədən uğurla keçən qadınlar məscidlərdə dini ayin icrasını həyata keçirə biləcəklər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?