Modern.az

Məktəblərdə dini dərslər keçirilməlidir – QMİ rəsmisi

Məktəblərdə dini dərslər keçirilməlidir – QMİ rəsmisi

Aktual

13 Dekabr 2022, 13:08

"Radikalizmə yol açan bir neçə əsas məqam var. Birincisi, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır. Bu, mütləqdir. Çünki bu, dini maarrifləndirmədir və bununla cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür".

 

Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı "Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

İkinci səbəbdən danışan QMİ sədrinin müavini bildirib ki, cəmiyyətdəki sosial ədalətsizlik radikal meyillərə yol açır: "Üçüncüsü psixoloji problemlərdir. Özəlliklə gənclərimiz arasında intihar hallarının artması buna nümunədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyindən bu problemin həlli yolunda QMİ ilə məsləhətləşmələrini, müzakirə və təkliflərə açıq olmalarını xahiş edirəm".

 

"Ümumiyyətlə, Allah xofu formalaşmayan insanda etiqad hissi ola bilməz. Bəzi adamlar filan qız məni atdı, vəssalam, intiharı çıxış yolu kimi görür. Niyə? Çünki onun ürəyində və beynində Allah xofu yoxdur, formalaşmayıb. Allah yadına düşmür. Ailəni nə vəziyyətə salacağı yadına düşmür və s. Dördüncüsü, bəli radikalizmi yaradan səbəblər içində dini səbəblər də olur. Amma bunu dini radikalizm adı ilə yox, din pərdəsi altında hansısa təxribat qrupunun şüarı kimi qeyd etməliyik. Dini radikalizm ifadəsi doğru deyil. Biz əgər radikal olsaq, multikultiral cəmiyyətimizdə məzhəblərarası radikallıq da olmalıdır. Varmı? Yoxdur", - Q.Cavadlı sözlərinə əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?