Modern.az

Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə bu tarixdə baxılacaq

Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə bu tarixdə baxılacaq

Aktual

13 Dekabr 2022, 13:18

“Bəxtiyar Hacıyev barəsində seçilən həbs qətiimkan tədbirindən verilmiş şikayətə 15 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq”.


Modern.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.

“Daxil olan məlumata görə, əgər apellyasiya şikayəti təmin olunmazsa, Bəxtiyar Hacıyev ölüm aclığına başlayacaq”, - R.Səfərov deyib.
 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, B.Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

O, dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi barəsində 1 ay 20 gün müddətinə həbs qətiimkan tədbiri seçib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?