Baş Prokurorluqda kadr dəyişikliyi olub.
Modern.az xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Oxu.az-ın məlumatına görə, əmrə əsasən, Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov işdən çıxarılıb.
Qeyd edək ki, işdən çıxarılan idarə rəisi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kürəkənidir.