“Rusiya qoşunlarının ilin sonuna qədər Ukraynadan çıxarılması mümkün deyil”.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ukrayna tərəfi bütün bu müddət ərzində yaranmış reallıqları nəzərə almalıdır. Bu reallıqlar Rusiyanın yeni subyektlərinin olduğunu göstərir. Onlar referendumlar nəticəsində ortaya çıxdı”, - Peskov vurğulayıb.
Bundan əlavə, o, Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi Ukraynada sülh üçün üç addımı “döyüş əməliyyatlarının davam etdirilməsi üçün üç addım” adlandırıb.