Modern.az

Balıqçılar dənizdə batdılar - Birinin meyiti tapıldı

Balıqçılar dənizdə batdılar - Birinin meyiti tapıldı

Aktual

13 Dekabr 2022, 15:54

Xəzər dənizinin Xaçmaz rayon sahillərində balıq tutmaq istəyən şəxs batıb.

 

Modern.az xəbər verir ki, həmin şəxsin Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Sultanov Yusif Dadaş oğlu olduğu məlum olub.

 

Balıqçının meyiti tapılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

 

Həmin vaxt qayıqda daha üç balıqçının olduğu bildirilib və onlar haqqında hələ də heç bir məlumat yoxdur.

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır