Modern.az

Nazirlikdən aksiyaya dəstək: “Abidələrin monitorinqinə hazırıq”

Nazirlikdən aksiyaya dəstək: “Abidələrin monitorinqinə hazırıq”

Aktual

13 Dekabr 2022, 16:12

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Laçın yolunda keçirdiyi aksiyaya Mədəniyyə Nazirliyi də qoşulub.

 

Bu barədə Modern.az-a nazirliyin mətbuat katibi əvəzi Nuridə Allahyarova məlumat verib.

 

"Mədəniyyət Nazirliyi olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları və mütəxəssisləri ilə birgə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən müvəqqəti Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətində olan məntəqələrdə yerləşən tarixi abidələrin monitorinqini keçirməyə hazırıq", - nazirlik rəsmisi bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?