Modern.az

Müdafiə Nazirliyi hərbi attaşeləri məlumatlandırdı

Müdafiə Nazirliyi hərbi attaşeləri məlumatlandırdı

Aktual

13 Dekabr 2022, 16:20

Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.

 

Qonaqlar, həmçinin işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb.

 

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır