Modern.az

Faydalı qazıntı yataqlarımız qanunsuz istismar edilib - Hikmət Hacıyev

Faydalı qazıntı yataqlarımız qanunsuz istismar edilib - Hikmət Hacıyev

Aktual

13 Dekabr 2022, 17:16

Azərbaycanın faydalı qazıntı yataqları qanunsuz istismar edilib. “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı halları intensivləşib və müxtəlif mənbələrə əsasən, bu fakt təsdiqini tapıb.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşündə deyib.

 

H.Hacıyev qeyd edib ki, xüsusilə faydalı qazıntı yataqlarının yerləşdiyi ərazidə yük maşınlarının keçidinin intensivləşdiyi müşahidə olunub. Bu məsələ Azərbaycanın müvafiq dövlət qurumları, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən monitorinq aparılaraq araşdırılıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?