Modern.az

Britaniya İrana qarşı sanksiyaları genişləndirdi

Britaniya İrana qarşı sanksiyaları genişləndirdi

Aktual

13 Dekabr 2022, 17:24

Böyük Britaniya hökuməti iranlı iş adamlarına və rəsmilərinə yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Onlar Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükündə iştirak etməkdə ittiham olunurlar.

 

Sanksiyalar “Oje Parvaz Mado Nafar” şirkətinə, onun direktoru Yusif Abutalebiyə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Abdulla Mehrabi və İran Aviasiya Sənayesi Təşkilatının rəhbəri Afşin Haceh Fərda tətbiq edilib.

 

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiya və İran arasında hərbi əməkdaşlığın Böyük Britaniyada dərin narahatlıq doğurduğunu, çünki bu tərəfdaşlığın qlobal təhlükəsizliyə təhdid yaratdığını bildirmişdi. O bildirib ki, İran Ukraynadakı münaqişə zamanı Rusiyaya əsas silah tədarükçülərindən biridir və Moskvaya yüzlərlə pilotsuz təyyarə verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?