Modern.az

Qonşu qadını çimizdirmək istədi - Faciə baş verdi

Qonşu qadını çimizdirmək istədi - Faciə baş verdi

Aktual

13 Dekabr 2022, 17:48

Göyçay rayonunda iki qadın hamam otağında dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Göyçay şəhəri ərazisində yerləşən evlərdən birinin hamam otağında qeydə alınıb.

 

Belə ki, 1958-ci il təvəllüdlü Fatma Zeynalova qonşusu, 1941-ci il təvəllüdlü Fatma Babayevanı hamam otağında yuyundurmağa çalışıb. Bu zaman hər iki qadın dəm qazından zəhərlənib. Nəticədə F.Babayeva hadisə yerində ölüb, digər qadın isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?