Modern.az

Keçmiş məhkumlar narkotiklə tutuldu - Biri qadındır

Keçmiş məhkumlar narkotiklə tutuldu - Biri qadındır

Aktual

14 Dekabr 2022, 10:36

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən güclü təsiredici xassəyə malik natkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, əməliyyat tədbirləri ilə rayon sakinləri, əvvəllər məhkum edilmişlər Xəyalə Cəfərova və Malik Məmmədov saxlanılıblar. Onların üzərində aparılan şəxsi axtarış zamanı X.Cəfərovadan külli miqdarda heroin və M.Məmmədovdan isə heroin və metamfetamin aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?