Modern.az

“Muğanbank” nizamnamə kapitalını artırdı

“Muğanbank” nizamnamə kapitalını artırdı

Aktual

8 May 2013, 11:24


“Muğanbank” ASC-nin ümumi məbləği 3 000 000 AZN təşkil edən,   hər birinin nominal dəyəri 200 AZN olan, AZ1001005466 qeydiyyat nömrəli,  15000 ədəd adi sənədsiz adlı səhmlərinin  emissiyası başa çatmışdır.

Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 38 305,80 min AZN-dən 41 305,80 min AZN-ə çatmışdır. Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi  müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC  ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın World Business Capital (WBC) investisiya fondu kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.  
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...