Modern.az

Alimpaşa Məmmədovun maralları Altıağaca köçürülüb

Alimpaşa Məmmədovun maralları Altıağaca köçürülüb

Aktual

14 Dekabr 2022, 11:42

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov həbs olunduqdan sonra onun maral fermasının olması ortaya çıxmışdı.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən fermada saxlanılan marallar sabiq icra başçısının həbsindən sonra Altıağaca aparılıb.

 

Mənbənin sözlərinə görə, əvvəl 30 baş olan maralların 7-si bala verib. Maralların sayı 37-ə çatıb.

 

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

 

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır