Modern.az

Obama Corc Buşun səhvini təkrar etməyəcəyini bəyan etdi

Obama Corc Buşun səhvini təkrar etməyəcəyini bəyan etdi

Aktual

8 May 2013, 13:01

“ABŞ rəsmiləri Suriyada kimyəvi silahın istifadə olunması barədə sübutlar əldə etməyincə Suriya probleminə müdaxilə etmək niyyətində deyil. Modern.az bildirir ki, bu barədə ABŞ prezidenti Barak Obama bəyan edib.

“Biz kimyəvi silhaların istifadəsi barədə sübutlar əldə etməyincə hərəkət etməyəcəyik” deyə ABŞ prezidenti qeyd edib.

O, Vaşinqtonun informasiyaların keyfiyyətinə lazımı diqqət yetirmədən beynəlxalq arenada hərəkətə keçməsi kimi keçmiş səhvlərini təkrarlamaq istəmədiyini bildirib.

Bununla yanaşı, Obama 2004-cü ildə Suriya ilə münasibətdə tətbiq edilən sanskiyanın vaxtını da uzadıb.

“Suriya rejiminin fəaliyyəti, eyni zamanda kimyəvi və bioloji silahlardan istifadə etməsi terror təşkilatları üçün dəstəkdir, ABŞ-ın beynəlxalq təhlükəsizliyinə müstəsna təhlükə yaradır”- deyə tətbiq edilən və 2013-cü ilin 11 may tarixində bitəcək sanksiyada qeyd olunur.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı