Modern.az

Bu il 54,2 min şəxsə əlillik təyin edilib

Bu il 54,2 min şəxsə əlillik təyin edilib

Aktual

14 Dekabr 2022, 16:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 54,2 min şəxsə əlillik təyin edilib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, onlardan 18,4 mininə ilkin, 35,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.

 

Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

 

Əlillik təyin edildikdən sonra əlilliyə görə müvafiq sosial ödənişlərin təyinatı da e-sistem üzərindən proaktiv qaydada aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?