““Euronews” kanalında məşhur fransız aktyoru Jerar Depardye ilə çəkilən klipin nümayişi kanalla əməkdaşlıq çərçivəsində həyata keçirilir”. Bu sözləri Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib.
Qeyd edək ki, “Euronews” telekanalında Jerar Depardyenin iştirakı ilə reklam roliki nümayiş olunur. Azərbaycanın təbliği istiqamətində hazırlanan klipdə ölkəmizin turizm imkanları və milli mətbəxi təbliğ edlir.
İntiqam Hümbətov bildirib ki, Azərbaycanın turizm ölkəsi kimi təbliği baxımından “Euronews” kanalında bir neçə belə reklam roliki nümayiş olunub. Azərbaycan yeməkləri ilə bağlı çəkilən son klip də də bu əməkdaşlıq çərçivəsindədir.“Nazirliyin “Euronews” kanalı ilə əməkdaşlığı bir neçə ildir davam edir. Bu müddət ərzində ölkənin təbliğatı, turizmi, ölkənin tarixi, mədəniyyəti ilə bağlı bir sıra belə reklam rolikləri nümayiş olunub. Hələlik əməkdaşlıq davam edir və Azərbaycanın təbliği, tanıdılması baxımından növbəti kliplər də nümayiş olunacaq.
Jerar Depadiyenin iştirakı ilə klip də çoxdan çəkilib və yeni nümayiş olunur”.
Aytən ƏLİYEVA