Modern.az

Koronavirusdan ölüm halları 10 faiz ARTIB

Koronavirusdan ölüm halları 10 faiz ARTIB

Aktual

15 Dekabr 2022, 08:04

Dünyada ötən həftə ərzində COVID-19-a yoluxma halları 2 faiz, ölüm halları isə 10 faiz artıb.

 

Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

 

Ötən həftə dünyada təxminən 3,3 milyon yeni koronavirus infeksiyası aşkar edilib. Ümumilikdə həftə ərzində dünyada COVID-19-dan 9,7 minə yaxın ölüm halı qeydə alınıb.

 

Qeyd edək ki, pandemiyanın bütün dövrü ərzində dünyada 650 milyondan çox koronavirusa yoluxma və 6,6 milyona yaxın ölüm halı aşkar edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?