Modern.az

Jurnalistlər mina partlayışları olan əraziyə getdilər

Jurnalistlər mina partlayışları olan əraziyə getdilər

Aktual

15 Dekabr 2022, 08:53

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərdə mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, məqsəd media nümayəndələrini erməni hərbi birləşmələrinin 2020-ci ildən sonra minaladığı ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

 

Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

 

Bundan əlavə, müəyyən edilib ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?