Modern.az

İlon Mask “Tesla”dakı səhmlərinin bir hissəsini satdı

İlon Mask “Tesla”dakı səhmlərinin bir hissəsini satdı

Aktual

15 Dekabr 2022, 09:04

Amerikalı iş adamı İlon Mask “Tesla”dakı payının bir hissəsini 3,6 milyard dollara satıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının elektron bazasına daxil olan məlumatda bildirilib.

 

Məlumata görə, dekabrın 12-dən 14-dək Mask təxminən 22 milyon səhm satıb. Qiymət bir səhm üçün 156-176 dollar arasında dəyişib.

 

Qeyd edək ki, noyabrın əvvəlindən birjada “Tesla”nın qiymətli kağızlarının dəyəri azalıb. Qiymət bir səhm üçün 227 dollardan 156 dollara qədər düşüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?