Modern.az

İranın havası fəlakətə səbəb oldu - 42 min ölü

İranın havası fəlakətə səbəb oldu - 42 min ölü

Aktual

15 Dekabr 2022, 12:12

2021-ci ildə İranda havanın çirkli olması səbəbindən 41 min 700-dən çox insan həyatını itirib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İran parlamentinin Ətraf mühit qrupunun sədri Süməyya Rafii bildirib.

 

O, Sənaye, Mədən və Ticarət Nazirliyinin ölkəyə gətiriləcək avtomobillərin emissiya standartını avro-6-dan avro 5-ə endirmək təklifini tənqid edib.

 

Rafii havanın çirkliliyinin ölkəyə ildə təqribən 7-11 milyard dollar ziyan vurduğunu deyib. O, martın 21-dən etibarən paytaxt Tehranda havanın keyfiyyət indeksi baxımından qeyri-sağlam günlərin sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə artdığını diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?