Modern.az

Şuşa-Xankəndi yolundakı aksiya Moldova mətbuatında

Şuşa-Xankəndi yolundakı aksiya Moldova mətbuatında

Aktual

15 Dekabr 2022, 16:10

QHT nümayəndələri və ekoaktivistlərin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya bu dəfə də Moldovanın nüfuzlu Timpul.md saytında rumın dilində dərc olunub.

 

Modern.az xəbər verir ki, yazının müəllifi Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyev olub.

 

O, qeyd edib ki, aksiyanın əsas məqsədi Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulmasıdır.

 

Yazıda qeyd olunub ki, Ermənistan işğal zamanı bir çox qeyri-qanuni fəaliyyətlərlə məşğul olub. Azərbaycanın ictimai və mülki obyektləri, o cümlədən mədəni abidələri dağıntılara məruz qalıb.

 

Aksiya iştirakçıları kontingentin rəhbəri general-mayor Volkovun onlarla görüşünü tələb etsələr də, qarşı tərəfdən heç bir reaksiya olmayıb.

 

Erməni tərəfi yolun bağlanmasını Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhdlər göstərsə də bu alınmayıb. İştirakçılar Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını çağırışlarında bəyan ediblər. Ekofəallar bir neçə gündür bu məqsədlə yardım təklif etdiklərini vurğulayıblar. İlkin addımların atıldığı onu deməyə əsas verib ki, yol Azərbaycan tərəfindən deyil, sülhməramlılar tərəfindən bağlanılıb.

 

Müəllif yazıda dekabrın 13-də XİN-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün keçirilən brifinqə də yer ayırıb.

 

O, H.Hacıyevdən sitatlar gətirib: “Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir”.

 

Yazıda daha sonra  H.Hacıyevə istinadən  bildirilib ki, son iki gün ərzində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.

 

H.Hacıyev Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib.

 

Sonda müəllif cari ilin 3 dekabr tarixindən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıldığını, əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədildiyini qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?