Modern.az

Dünya siyasətə gözlərini yumub, qulaqlarını bağlayıb – “Şuşaya Azadlıq” aksiyası - FOTOLAR

Dünya siyasətə gözlərini yumub, qulaqlarını bağlayıb – “Şuşaya Azadlıq” aksiyası - FOTOLAR

Aktual

8 May 2013, 18:35

  Dünya ictimaiyyəti bu gün siyasətə gözlərini yumub, qulaqlarını bağlayıb. Bu baxımdan Azərbaycan Qarabağ həqiqətlərini digər vasitələrlə dünyaya çatdırmalıdır. Bu vasitələr mədəni əlaqələr və vətəndaş cəmiyyətinin aktiv fəaliyyəti zəmnində baş tuta bilər. Modern.az-ın verdiyi xəbərə görə, bu fikirlər bu gün 28 Ticarət Mərkəzində Azərbaycan QHT Alyansının təşkil etdiyi “Şuşaya Azadlıq” aksiyası çərçivəsində baş tutan rəsm sərgisində səsləndirilib. Sərgidə deputatlar, QHT rəhbərləri və Şuşa icmasının üzvləri iştirak edib.

Tədbirdə çıxış edən Alyansın həmsədri Rufiz Qonaqov bu günkü tədbirin təşkilatçısı kimi bir neçə QHT koalisiyasının iştirak etdiyini bildirərək cəmiyyətimizin Şuşanın işğalı faktına həssaslıqla yanaşdığını deyib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Şuşanı dünya ictimaiyyətinə tanıdılmasının  vacibliyini bildirib.
“Dağlıq Qarabağın və digər 7 rayonun azad edilməsi Şuşadan keçir. Ermənistan və ona havadar olan qüvvələr bunun fərqinə varırlar. Bu səbəbdən də Qarabağı yetişməkdə olan gənc nəslə unutdurmağa səy göstərirlər. Lakin biz, istər dövlət, istərsə də vətəndaş cəmiyyəti istiqamətində fəaliyyətimizi bir istiqamətə yönəltməliyik. Hər bir uşağa, yetişməkdə olan gənc nəslin hər bir nümayəndəsinə Şuşanı, Qarabağı dönə-dönə anlatmalı, sevdirməli unutdurmamalıyıq.

Belə tədbirlərin ölkə sərhədlərindən kənarda da olmasını arzu edən Azay Quliyev “millət vəkilləri olaraq biz bu təşəbbüsü qaldırmışıq. Cəmiyyətdə də bu yöndə fəaliyyət mexanizmi qurulmalıdır. Arzularla Qarabağ məsələsi həll olunan deyil. Dəqiq məqsədlər qarşıya qoyulmalı və iş görülməlidir. Hər kəs nə edə biləcəyin düşünməlidir. İnternet vasitəsilə, sosial şəbəkələr vasitəsilə “Şuşaya Azadlıq!! şüarı yayılmalıdır. Burada gənclərinn üzərinə böyük məsuliyyət düşür” – deyə, fikrini yekunlaşdırıb. Tədbirə qatılan digər deputatlar Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Sevinc Hüseynova, Çingiz Qənizadə də çıxış edərək Azay Quliyevin səsləndirdiyi fikirləri dəstəkləyiblər.

”Vətəndaş cəmiyyəti fonunda Qarabağa dünya ictimaiyyəti qarşısında ədalət tələb edilməli, mədəniyyət müstəvisində rəsmlər, fotolar, musiqilərdən isifadə edərək səsimizi dünyaya çatdırmalıyıq” – deyə, deputatlar qeyd ediblər.

Rəsmi hissə yekunlaşdıqdan sonra gənc rəssamların və uşaqların Şuşa mənzərələrini və eyni zamanda Qarabağ həqiqətlərini əks etdirən rəsm sərgisinə baxış olub

 

 

Elçin AĞAYEV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı