Modern.az

Yeni nazir Ermənistanda hərbi tədbirləri qadağan etdi

Yeni nazir Ermənistanda hərbi tədbirləri qadağan etdi

Aktual

16 Dekabr 2022, 11:25

Ermənistanda yeni təyin olunmuş təhsil, elm, mədəniyyət və idman naziri Janna Andresyan məktəblərdə hər cür hərbi-vətənpərvərlik təlimlərinin, bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin qadağan olunması barədə göstəriş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, nazir Ermənistanın bütün vilayət qubernatorlarının başçılarına məktəblərin hərbiləşdirilməsindən çəkinməyi tapşırıb.

 

Qzetin yazdığına görə, bu, “Komandos Hərbi İdman Klubu”, “Zark” proqramı, “Pokr Mher”, OMA (Sağlam qalmaq sənəti) rama-vətənpərvər qeyri-hökumət təşkilatı və s. kimi hərbi qurumlarla əməkdaşlıqdan imtina etmək deməkdir.

 

“Joxovurd” bildirib ki, bu barədə tapşırığı Janna Andresyan hələ nazir müavini olarkən veribmiş. İndi isə onun icrasına başlayıb.

 

Məlumata görə, məktəblilər “İlkin Hərbi Hazırlıq” fənnindən başqa hərbi-vətənpərvərlik proqram və kurslarında iştirak edə bilmirlər.

 

Qeyd edək ki, Janna Andreasyan dekabrın 13-də bu vəzifəyə təyin olunub. Daha əvvəl isə Vaqram Dumanyan təhsil, elm, mədəniyyət və idman naziri idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?