Modern.az

Azərbaycanda Vahid Məhkəmə Sistemi yaradılır

Azərbaycanda Vahid Məhkəmə Sistemi yaradılır

Aktual

16 Dekabr 2022, 12:50

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sisteminin istifadəyə verilməsi 2023-cü ilin yanvarında nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, hazırda Vahid Məhkəmə Sistemi test rejimində fəaliyyət göstərir: "Bu sahədə Ali Məhkəmə ilə birlikdə fəaliyyət göstərilir və sistemin yaradılmasında 50 minə yaxın sənəddən istifadə edilib”.

 

Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin 2020-ci il 1 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?