Modern.az

Avropa İttifaqı 168 rus şirkətinə sanksiya tətbiq etdi

Avropa İttifaqı 168 rus şirkətinə sanksiya tətbiq etdi

Aktual

16 Dekabr 2022, 16:28

Avropa İttifaqı (Aİ) ölkələrinin razılaşdığı 9-cu sanksiyalar paketinə 168 rus şirkətinə qarşı məhdudiyyətlər daxildir.

Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) vitse-prezidenti Valdis Dombrovskis Tvitter səhifəsində yazıb.


Onun sözlərinə görə, söhbət Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlərdən  gedir. Dombrovskis həmçinin qeyd edib ki, yeni sanksiyalar paketinə ikili istifadə texnologiyalarının ixracına məhdudiyyətlər daxil olacaq. Bura xüsusilə, İT avadanlıqları, dronlar və elektronika vasitələri daxildir.


Dombrovskis həmçinin əlavə edib ki, Aİ sanksiyalarının 9-cu paketi Rusiyanın mədən sektoru və biznes xidmətləri, o cümlədən reklam, bazar araşdırması və sosial sorğular üzrə məhdudiyyətləri genişləndirəcək.


Dekabrın 15-də Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Güman edilirdi ki, növbəti sanksiyalar paketinin razılaşdırılması üçün yazılı prosedur cümə günü, dekabrın 16-sı günortaya qədər tamamlanacaq. Aİ ölkələrinin daimi nümayəndələrinin yeni məhdudiyyətlər barədə razılığa gəldiyi barədə məlumatı Çexiyanın assosiasiyaya sədrliyi də təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?