Modern.az

“Azərsu” sədrinin müavini vətəndaşları qəbul edib

“Azərsu” sədrinin müavini vətəndaşları qəbul edib

Aktual

16 Dekabr 2022, 16:16

Bu gün “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Ağsu şəhərində Ağsu, İsmayıllı, Ucar, Şamaxı və Qobustan rayonlarından rayonlarından olan vətəndaşları qəbul edib.

 

Modern.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbulda 17 nəfər iştirak edib.

 

Vətəndaşların içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərinin araşdırılaraq zəruri tədbir görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...