Modern.az

İlham Əliyev Türkiyə ilə imzalanmış iki sənədi təsdiqlədi

İlham Əliyev Türkiyə ilə imzalanmış iki sənədi təsdiqlədi

Aktual

16 Dekabr 2022, 16:48

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

 

Fərmanda qeyd olunan Saziş qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

 

Bundan başqa, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Fərman da imzalayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?