Modern.az

Direktorun ad gününə yığılan pul geri qaytarıldı

Direktorun ad gününə yığılan pul geri qaytarıldı

Aktual

16 Dekabr 2022, 16:46

Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.

 

Bu barədə Modern.az-a İdarədən məlumat verilib.

 

“Araşdırma zamanı məlum olub ki, 8F sinfinin valideyni məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını sinfin digər valideynlərinə təklif edib. Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyiblər.

 

Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən edilməyib”, - deyə BŞTİ-dən bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?