Modern.az

Azərbaycanlı jurnalistlər xarici mətbuatda Laçın yolundan yazdılar

Azərbaycanlı jurnalistlər xarici mətbuatda Laçın yolundan yazdılar

Aktual

16 Dekabr 2022, 17:24

Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə ekspert Elnur Eltürkün Laçın yolunda davam edən aksiya ilə bağlı hazırladıqları yazı İngiltərənin t-vine.com və Pakistanın “National Herald Tribune” qəzetində yayımlanıb.

"Ermənilərin ekoloji cinayətləri ilə bağlı Xankəndi yolundan aksiya davam edir" başlıqlı yazıda qeyd olunur ki, dekabrın 12-dən qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda etiraz aksiyası keçirir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər. Ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər.

Məqalədə qeyd olunur ki, etirazçılar Azərbaycanın monitorinq heyəti "Qızılbulaq" qızıl yatağına və "Dəmirli" mis-molibden yatağına buraxılmayınca, aksiyanı davam etdirmək fikrində olduqlarını deyirlər. Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notası göndərib. Notada Azərbaycan nümayəndələrinin göstərilən yataqlara maneəsiz baş çəkmələrini təmin etməyə çağırış əks olunub. Belə səfərə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?