Modern.az

Kəlbəcərdə minaya düşənlər: “Gizir bizim maşında şəhid oldu”

Kəlbəcərdə minaya düşənlər: “Gizir bizim maşında şəhid oldu”

Aktual

16 Dekabr 2022, 17:56

İki gün öncə Kəlbəcərdə minaya düşən Ridok Pənahov və Sadir Əliyarov açıqlama veriblər.

 

Modern.az bildirir ki, hazırda hər iki şəxsin müalicəsi Gəncədə Abbas Səhət adına Xəstəxanada davam edir.

 

Ridok Pənahov Qafqazinfo-ya bildirib ki, ərazini təmizləyən zaman ani partlayış eşidib:

 

“Biz tarktorla ərazidən daşları təmizləmək istəyirdik. Partlayış oldu, beş metr hərəkət etdikdən sonra yıxıldım. Köməyə adam çağırdıq. Bizi başqa avtomobilə mindirdilər. Ərazidən uzaqlaşmışdıq ki, bu avtomobil də minaya düşdü. İkinci partlayışda heç nə hiss etmədim. Huşumu itirmişdim. Ayılanda xəstəxanada idim”.

 

Minaya düşən şəxslər özəl şirkətin əməkdaşlarıdır və onlar ərazidə rabitə xəttlərinin təminatı ilə məşğul olub. Sadir Əlyarov bildirib ki, ərazidə iki dəfə partlayış olub və o ikinci partlayışda yaralanıb: 

 

“Dirək basdırmağa çıxan iki nəfər işçimiz minaya düşdü. Bizə zəng etdilər ki, minaya düşmüşük. Yaxınlıqda idik. Çatanda gördük ki, hərbçilər də yardıma gəlib. Yaralıları aparanda bizim avtomobilimz də minaya düşdü. Ayağımda qəlpə yaraları var. Bir gizir var idi, bizim maşında şəhid oldu”.

 

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcərin Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli xəsarətlər alıb, Tovuz rayon Böyük Qışlaq kənd sakini baş gizir Zöhrab Hümbətov isə şəhid olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?