Modern.az

Rusiyanın 19 milyard avroluq aktivləri dondurulub

Rusiyanın 19 milyard avroluq aktivləri dondurulub

Aktual

16 Dekabr 2022, 18:04

Avropa İttifaqı ölkələrinin hakimiyyət orqanları sanksiyaların qüvvədə olduğu müddət ərzində rusiyalılara məxsus təxminən 19 milyard avroluq özəl aktivləri dondurub.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın həbs olunan dövlət aktivlərinin dəqiq həcmi məlum deyil.

 

Noyabrın 25-nə olan məlumata əsasən, İtaliya Rusiyanın 2,3 milyard, Almaniya 2,2 milyard, Avstriya 1,8 milyard, Macarıstan 870 milyon, Bolqarıstan 11,3 milyon, Çexiya 10,8 milyon, Slovakiya isə 4,9 milyon avro həcmində aktivlərinə əl qoyub.

 

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?