Modern.az

Xameneinin bacısı oğlu: “Dayımın ölümü ilə sistem dağılacaq” 

Xameneinin bacısı oğlu: “Dayımın ölümü ilə sistem dağılacaq” 

Aktual

16 Dekabr 2022, 21:12

İranın ali rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani molla rejimi haqqında sərt fikirlər səsləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

 

“Əli Xameneinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır. İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq. Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”, - deyə o bildirib.

 

Fransada yaşayan Mahmud Muradxani anasının və bacısının 2009-cu ildən bəri Əli Xamenei ilə əlaqələrini kəsdiklərini söyləyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?